“Marlin” SİDP yaxın aylarda Türkiyə HDQ Komandanlığına təhvil veriləcək

2023/12/2023--1701417181.jpg
Oxunub: 8403     12:52     02 Dekabr 2023    
ASELSAN və “Sefine” Gəmirqayırma Zavodu arasında əməkdaşlıq çərçivəsində hazırlanan “Marlin” Silahlı İnsansız Dəniz Platforması (SİDP) yaxın aylarda Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) Komandanlığına təhvil veriləcək.

Ordu.az xəbər verir ki, “Marlin” SİDP son istifadəçinin istəyinə uyğun olaraq suüstü, sualtı müdafiə, mina və hava hücumundan müdafiə döyüş qabiliyyətləri ilə hazırlanıb.

Dardanel Boğazı və Qarnizon Komandanlığında “Nüsrət-2023 Dəvət Təlimi” çərçivəsində müdafiə sənayesi şirkətləri tərəfindən mina döyüşü silah və sistemlərinin sərgisi açılıb.

Türkiyə HDQ Komandanlığı üçün “Sefine” Gəmiqayırma Zavodunda istehsal edilən “Marlin”in prototipi də sərgidə yer alıb.

Sərgidə şirkət rəsmiləri yerli və milli imkanlarla istehsal olunan müdafiə silahları və mina axtarma, darama və məhvetmə avadanlıqlarının portativləri haqqında iştirakçılara məlumat veriblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Marlin   SİDP   Türkiyə   HDQ  


Bizi "telegram"da izləyin