“İravunk”: Kremlə qarşı çıxış edən generalın təkcə Ermənistanda deyil, Rusiyada da bir çox biznesi var

2019/12/Gagik-1575627915.jpg
Oxunub: 7600     15:17     01 Dekabr 2023    
Bəzi məlumatlara görə, Rusiyanın bəzi dairələri Rusiyada iri biznesi olan bir sıra erməni məmur və iş adamlarının fəal anti-Rusiya təbliğatı ilə məşğul olmasından ciddi narahatdırlar.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.

Nəşr qeyd edib ki, ən parlaq simalardan biri Ermənistanın Vətəndaş Müqaviləsi Partiyasından olan deputat, Robert Köçəryan hökuməti dövründə general-leytenant rütbəsi almış Qaqik Melkonyandır.

“Bu “yüksək intellektual” hərbi-siyasi simanın təkcə Ermənistanda deyil, məlum olduğu kimi, Rusiya Federasiyasında da bir çox biznesi var. Xüsusilə, Qaqik Melkonyan əslində oğluna məxsus olan Qara dəniz sahilinə yaxın Krasnodar vilayətində iki otelə sahibdir. Qeyd etmək lazımdır ki, otellər böyük gəlirlə işləyir. Yəni məlum olur ki, Qaqik Melkonyan rusların əleyhinə işləməklə, yemək yediyi qaba tüpürür. Digər tərəfdən, Qaqik Melkonyan, təbii ki, maliyyə gəlirlərini təkcə həmin mənbədən almır. Onun Ermənistanda çoxlu biznesi var, o cümlədən, təəccüblüdür ki, təhsil sahəsində də biznesi var”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin