Sərhəd görüşündən öncə “naməlum” fəaliyyət – BAXIŞ BUCAĞI

2023/12/332-1-1701414601.jpg
Oxunub: 1735     12:35     01 Dekabr 2023    
Azərbaycan və Ermənistan baş nazir müavinlərinin rəhbərlik etdiyi komissiyaların demarkasiya və delimitasiya mövzusu üzrə iclası dünən Ermənistanın Tavus vilayəti ilə Azərbaycanın Qazax rayonunun sərhəd bölgəsində keçirildi.

Məlumata görə, tərəflər delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər. Tərəflər Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkili və keçirilməsi Reqlamentinin mətnini ilkin olaraq razılaşdırıblar.

Tərəflər Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin başlanılması barədə sövdələşiblər, həmçinin komissiyaların görüşlərinin keçirilməsinin intensivləşdirilməsinə dair razılığa gəliblər. Həmçinin komissiyaların növbəti görüşünün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

Görüşə qədər əvvəlcə Bakı, sonra İrəvan XİN səviyyəsində bəyanatlar verdi. Bakı İrəvana sərhəddə görüşməyi və sülh prosesinin perspektivini müzakirə etməyi təklif etdi. İrəvan isə bir gün sonra bəyan etdi ki, Bakıya sərhəddə demarkasiya və delimitasiya məsələləri üzrə komissiyaların iclasını keçirməyi təklif edib.

Sərhəddəki görüşün kimin təklifinə daha yaxın olduğu bəlli olmasa da, aydındır ki, sərhədin görüşün keçirilən hissəsi sülh müqaviləsi danışıqlar prosesinin ən həssas mövzularından biri olan anklavlar mövzusunun “ən həssas” nöqtələrindən birinə yaxındır. Məlumdur ki, anklav adlanan 4 kənddən 3-ü şimal istiqamətində yerləşir, digəri isə Kərki kimi tanınır.

Təbii ki, ümumiyyətlə, xüsusən də Azərbaycanın mövqelərini nəzərə alsaq, Ermənistan-Azərbaycan sərhədinin istənilən hissəsi həssasdır, lakin anklavlar məsələsinin gündəmdə olması və sözsüz ki, ən həssas məsələlərdən biri olması praktikada rəsmi şəkildə qəbul edilir. Üstəlik, sərhəd görüşündən əvvəl zahirən hər hansı bir əlaqəyə malik olmayan, lakin bütün hallarda kifayət qədər diqqətəlayiq olan bir məlumat var.

“Ermənistan Baş prokuroru Anna Vardapetyan Tavus vilayətində Hərbi Prokurorluğun qərargahının yerləşdirilməsi ilə bağlı məsələləri müzakirə etmək məqsədilə noyabrın 28-də Ermənistanın hərbi prokuroru, Baş prokurorun müavini Qriqor Elizbaryanın müşayiəti ilə Ermənistan Silahlı Qüvvələrinin “N” saylı ordu korpusuna baş çəkib”, - deyə ötən gün Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Üstəlik, erməni prokurorun döyüş mövqelərində olduğu və döyüş növbətçiliyində olan zabit və əsgərlərlə söhbət etdiyi də qeyd edilir. Birincisi, Ermənistanın Tavusda hərbi prokurorluq yaradılması barədə qərarı özlüyündə maraqlıdır. Bundan əlavə, diqqətçəkən məqam odur ki, erməni baş prokuror bu qərarı müzakirə etmək üçün vilayətə səfər edir və bundan başqa, yəni müzakirələrdən başqa, döyüş mövqeyində olmaq qərarına gəlir.

Bu, sadəcə maraqdır, səfəri təntənəli mənada zənginləşdirmək üçün bir addımdır, yoxsa bəlkə hətta dünən baş tutmuş görüş istiqamətində hansısa “naməlum” fəaliyyətlərə işarədir?

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin