Rusiya 5-ci nəsil “Su-57” döyüş təyyarələrini mini PUA-larla təchiz edəcək

2023/12/2023--1701413791.jpg
Oxunub: 3291     15:02     01 Dekabr 2023    
Rusiya 5-ci nəsil “Su-57” döyüş təyyarələrini hücum, kəşfiyyat və radioelektron döyüş məqsədləri üçün xüsusi olaraq hazırlanmış mini Pilotsuz Uçuş Aparatları (PUA) ilə gücləndirəcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya müdafiə mənbələri bildirib.

Rus mənbə qeyd edib ki, “Su-57”lər üçün təyyarələrin xarici asqıda və gövdə içi bölmədə daşıya biləcəyi və havada ikən buraxa biləcəyi müxtəlif təyinatlı mini PUA-lar istehsal edilib.

Mənbə bildirib ki, təyyarələrin eyni vaxtda bir neçə PUA-nı buraxması və PUA qrupunu idarə etməsi planlaşdırılır.

Mənbə vurğulayıb ki, PUA-lar hücum, kəşfiyyat və radioelektron döyüş məqsədləri üçün nəzərdə tutulub.

“Xüsusilə bir qrup “Su-57” tərəfindən buraxılan PUA-lar döyüş təyyarələrinin düşmənin hava hücumundan müdafiə sistemlərindən yan keçməsinə imkan verəcək”, - deyə rus mənbə əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Su-57  


Bizi "telegram"da izləyin