Ordu.az xəbər verir ki, amerikalılar ümumilikdə 50 000 ədəd 105 mm çaplı, 20 000 ədəd 155 mm çaplı və 5 000 ədəd daha böyük 203 mm çaplı mərmi alacaqlar.
Qeyd olunur ki, danışıqlar son mərhələdədir. Yunanıstan tərəfinin razılaşdırdığı ümumi qiymət 47 milyon dollardır.
Bu danışıqlar Yunanıstan tərəfi üçün təkcə Silahlı Qüvvələrin istifadə edəcəyi resursun təmin edilməsi baxımından deyil, həm də sursat istehsalının daha geniş miqyasda sərfəli ola biləcəyini anlamaq baxımından faydalı olub.
Sevinc Əliyeva
Ordu.az