Rusiya XİN Lavrov-Mirzoyan danışıqlarının detallarını açıqlayıb - YENİLƏNİB

2023/11/12122-1701341745.jpg
Oxunub: 2053     16:48     30 Noyabr 2023    
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Skopyedə ATƏT Nazirlər Şurası çərçivəsində keçirilən görüşdə müxtəlif səviyyələrdə gələcək təmasların zəruriliyini təsdiqləyiblər.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya XİN-nin Lavrov-Mirzoyan görüşü ilə bağlı yaydığı məlumata bildirilib.

“Görüşdə regional məsələlər üzrə fikir mübadiləsi aparılıb. Rusiya tərəfi Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-2022-ci illərdə imzalanan üçtərəfli sazişlər toplusu əsasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına, İrəvanla Bakı arasında sülh sazişinin bağlanmasına kömək etməyə hazır olduğunu təsdiqləyib. Müxtəlif səviyyələrdə gələcək təmaslara olan tələb təsdiqlənib”, - deyə Rusiya XİN-in məlumatında qeyd olunub.

O da bildirilib ki, tərəflər həmçinin ikitərəfli gündəliyin aktual məsələlərini və beynəlxalq platformalarda və ümumi inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə ediblər.

***

“Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına kömək etməyə hazırdır”.

Ordu.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Skopyedə ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşündə deyib.

Qeyd olunub ki, nazirlər üçtərəfli sazişlərin icrasını müzakirə ediblər.

Onlar, həmçinin Ermənistan və Azərbaycanın arasında sülh sazişinin imzalaması imkanlarını müzakirə ediblər.

Tərəflər təmasların davam etdirilməsinin zəruriliyini təsdiqləyiblər.

***

Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyan arasında görüş keçirilib.

Ordu.az xəbər verir ki, görüş Şimali Makedoniyada keçirilən ATƏT XİN başçıları şurasının iclası çərçivəsində baş tutub.

Lavrov-Mirzoyan danışıqları barədə Rusiya XİN sözçüsü Mariya Zaxarova teleqram kanalında paylaşım edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mirzoyan   Lavrov  


Bizi "telegram"da izləyin