Almaniya 2024-cü ildə ÜDM-in iki faizini müdafiə xərclərinə ayıracaq

2023/11/2023--1701335376.jpg
Oxunub: 8112     17:08     02 Dekabr 2023    
Mövcud büdcə böhranına baxmayaraq, Almaniya 2024-cü ildə Ümumi Daxili Məhsulun (ÜDM) iki faizini müdafiə xərclərinə ayıracaq.

Ordu.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok “X” sosial şəbəkəsində bildirib.

Berbok qeyd edib ki, son iki il ərzində onlar sülhün, azadlığın və təhlükəsizliyin hətta Avropada da təkrar-təkrar müdafiə edilməli olduğunu dramatik şəkildə görüblər.

“Belə zamanlarda biz NATO müdafiə qalxanımızı birlikdə gücləndirməliyik. Müttəfiqliyimizə birgə sərmayə qoymağımız da vacibdir. Almaniya 2024-cü ildə ÜDM-nin iki faizini müdafiəyə xərcləyəcək”, - deyə o bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   ÜDM  


Bizi "telegram"da izləyin