Hindistan HDQ-sinə yeni bir aviadaşıyıcı əlavə etmək üçün hərəkətə keçib

2023/11/hindo-1701334863.jpg
Oxunub: 8363     14:12     02 Dekabr 2023    
Hindistan Çinin Hind okeanı bölgəsində dəniz varlığına qarşı çıxmaq üçün Hərbi Dəniz Qüvvələrinə (HDQ) təxminən 4,8 milyard dollar dəyərində daha bir aviadaşıyıcı gəmi əlavə etməyə hazırlaşır.

Ordu.az-ın xəbərinə görə, Hindistanın müdafiə naziri Racnat Sinq bildirib ki, Hindistan Müdafiə Satınalma Şurası ikinci yerli aviadaşıyıcı gəminin alınmasını təsdiqləyib.

Məlumata görə, ən azı 28 döyüş təyyarəsi və helikopter daşıma gücünə malik olan gəmi Fransaya məxsus “Rafale” təyyarələrini daşıyacaq.

Hindistanın ilk yerli aviadaşıyıcı gəmisi INS “Vikrant” ötən il Hindistan HDQ-yə qoşulub.

Hindistanda yerləşən müdafiə şirkəti “Cochin Shipyard Ltd.” tərəfindən inşa ediləcək yeni aviadaşıyıcının Hindistanın dəniz gücünü əhəmiyyətli dərəcədə artıracağı bildirilir.

Məlumata görə, Hindistan Müdafiə Nazirliyi və Hindistan HDQ yaxın günlərdə ətraflı açıqlama verəcəklər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   HDQ  


Bizi "telegram"da izləyin