ABŞ kosmos strategiyası ilə Çinə qarşı üstünlük axtarır

2023/11/1701334731.jpg
Oxunub: 218     18:34     06 Dekabr 2023    
Pentaqon vurğulayır ki, ABŞ-nin kosmosda liderliyini qoruyub saxlaması və Çinlə rəqabətdə geri qalmaması üçün kosmosla bağlı daha çox strategiya hazırlanmalıdır.

Ordu.az xəbər verir ki, ABŞ müdafiə nazirinin müavini Ketlin Hiks Pentaqonun müdafiə proqramlarında qabaqcıl texnologiyalardan istifadə etmək səylərinə rəhbərlik edir.

Bundan əlavə, Hiks ordunun ilk kosmos strategiyasına rəhbərlik edir.

Bu yeni strategiya ABŞ-nin ən böyük hərbi rəqibi olaraq görülən Çinə qarşı güc qazanmaq üçün kosmik texnologiyadakı inkişaflardan faydalanmağı hədəfləyir.

ABŞ-ın kosmos siyasətinə cavabdeh olan müdafiə nazirinin müavini Con Plambın başçılıq etdiyi ofis “Kosmik İnteqrasiya Strategiyası” adlı mühüm strategiyaya müraciət edir.

Ötən ay Konqresə təqdim etdiyi illik hesabatda Pentaqon Çinin Amerikanın kosmik texnologiyalarına çatdığını və bunun gələcək münaqişədə ABŞ peykləri üçün təhlükəni artıra biləcəyini bildirib.

Müdafiə nazirinin müavini Ketlin Hiks Pentaqonun ən böyük narahatlığının Çinin yüksəlişi olduğunu və özəl sektorla əməkdaşlığın Pekini texnoloji cəhətdən üstələmək üçün vacib olduğunu vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Kosmos   Çin  


Bizi "telegram"da izləyin