“Gələn il Ermənistan ciddi iqtisadi problemlərlə üzləşəcək” - Erməni deputat

2023/11/1701334674.jpg
Oxunub: 7265     17:32     01 Dekabr 2023    
“Gələn il Ermənistan ciddi iqtisadi problemlərlə üzləşəcək, bu əlamətlər artıq görünür”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Tadevos Avetisyan deyib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin yaratdığı həm obyektiv, həm də subyektiv səbəblərdən iqtisadi artım amilləri aradan qalxır.

Erməni deputatda belə təəssürat yaranıb ki, Ermənistan hakimiyyəti avtomobillərin əsasən Rusiyaya ixrac olunduğunu bilə-bilə avtomobil idxalçılarının mövqelərini zəiflətmək üçün hər şeyi edir.

“Ola bilsin ki, buna görə hakimiyyət dayanacaqların qiymətlərini kəskin artırıb”, - deyə Avetisyan qeyd edib.

O bildirib ki, Ermənistanda gəlirləri minimum istehlak səbətinin dəyərindən aşağı olan vətəndaşların sayı artır.

“Bu, cəmiyyətdə vəsaitlərin ədalətsiz bölüşdürülməsinin nəticəsidir”, - deyə Avetisyan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İqtisadi-problem  


Bizi "telegram"da izləyin