“Luys”: Ermənistanda növbəti aylarda iqtisadi aktivlik məcmu göstəricisi azalmağa davam edəcək

2020/08/15846-1598078990.jpg
Oxunub: 8095     17:52     01 Dekabr 2023    
Ermənistan Statistika Komitəsinin dərc etdiyi məlumatlara əsasən, “Luys” Fondu 2023-cü ilin yanvar-oktyabr aylarında Ermənistan iqtisadiyyatının sosial-iqtisadi inkişafını təhlil edib.

Ordu.az-ın xəbərinə görə, fondun təhlilində qeyd olunub ki, iqtisadi aktivliyin artım tempi aşağı düşüb və bu, yüksək artım amillərinin ÜDM-də tədricən azalan töhfəsini nəzərə alaraq gözlənilən idi.

Bildirilib ki, son aylarda (avqust ayı istisna olmaqla) iqtisadi aktivlik göstəricisinin aylıq artımı 6% civarında sabitləşib, nəticədə məcmu artım tempi də azalaraq, yanvar-oktyabr aylarında 9,2% olub.

“Baza effektinin təsirindən çıxış etsək, növbəti aylarda iqtisadi aktivlik məcmu göstəricisi azalmağa davam edəcək, çünki aylıq artım göstəriciləri aşağı səviyyədə formalaşacaq. Sənayedə narahatverici inkişaflar kifayət qədər uzun müddətdir ki, davam edir, bu da sənayedə əhəmiyyətli problemlərin olduğunu göstərir. Sənaye sahəsində 6 aya yaxındır ki, kifayət qədər aşağı artım və ya azalma göstəriciləri qeydə alınıb. Üstəlik, son aylar təkcə mədənçıxarma sənayesində deyil, emal sənayesində də azalma qeydə alınıb ki, bu da daha təhlükəlidir”, - deyə təhlildə vurğulanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   ÜDM  


Bizi "telegram"da izləyin