Hindistan 3 iri yerli silah layihəsinə 17 milyard dollar ayırmağa hazırlaşır

2023/11/1701330352.jpg
Oxunub: 6900     11:50     30 Noyabr 2023    
Hindistan ümumi dəyəri təxminən 1,4 trilyon rupi (17 milyard ABŞ dolları) olan üç böyük yerli layihəyə ilkin razılıq verməyə hazırlaşır.

Ordu.az xəbər verir ki, bu layihələrə əlavə aviadaşıyıcı gəminin, 97 əlavə “Tejas” qırıcısının və 156 “Prachand” yüngül hücum helikopterinin inşası daxildir.

Hindistanın müdafiə naziri Racnat Sinqin sədrliyi ilə Müdafiə Satınalmaları Şurasının 30 noyabr 2023-cü il tarixinə planlaşdırılan iclasda satınalma prosesinin ilk addımı olan “tələblərin qəbulu”na (AoN) başlayacağı gözlənilir.

Satınalma prosesi AoN-lardan sonra tender və kommersiya danışıqları ilə davam edəcək və üç saziş yekun təsdiq üçün Nazirlər Kabinetinin Təhlükəsizlik Komitəsinə təqdim olunacaq.

Bu layihələrə 97 ədəd “Tejas Mark-1A” döyüş təyyarəsi daxildir ki, onların da dəyəri təxminən 55.000 rupi (6,59 milyard ABŞ dolları) təşkil edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Silah  


Bizi "telegram"da izləyin