Xəzəryanı dövlətlərin XİN rəhbərlərinin görüş tarixi açıqlanıb

2018/04/567567_1523532664.jpg
Oxunub: 3406     14:02     29 Noyabr 2023    
Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşü dekabrın 5-də Moskvada keçiriləcək.

Ordu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bugünkü brifinqdə deyib.

"Dekabrın 5-də Moskvada ölkəmizin xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə xəzəryanı dövlətlər olan Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın xarici işlər nazirlərinin görüşü keçiriləcək", - deyə o, qeyd edib.

Zaxarova görüşdə əsas diqqəti Xəzəryanı əməkdaşlığın inkişaf prioritetlərinə yönəltməklə geniş spektrə malik məsələlərin nəzərdən keçiriləcəyini qeyd edib.

Onun sözlərinə görə, görüş 2022-ci ilin iyun ayında Aşqabadda keçirilən VI Xəzər sammitində razılaşdırılmış mandat çərçivəsində nazirliklər səviyyəsində yeni müntəzəm dialoqun başlanğıcını əks etdirir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaxarova   Görüş  


Bizi "telegram"da izləyin