Rusiya XİN: Ukrayna yeni hərbi avantüraya hazırlaşır

2023/08/3d18c-1693398639.jpg
Oxunub: 5316     14:00     29 Noyabr 2023    
Rusiyada hesab edirlər ki, Ukrayna yeni hərbi avantüraya hazırlaşır.

Ordu.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib ki, rəsmi Kiyevin Ukraynadan hərəkət edən gəmilərin NATO gəmiləri ilə qorumaq barədə bəyanatı bunun göstəricisidir.

“Ukrayna yeni hərbi avantüraya hazırlaşır. Ölkə Prezidenti Volodimir Zelenskinin Ukraynadan hərəkət edən gəmilərin NATO gəmiləri ilə qorumaq zərurəti ilə bağlı açıqlamaları Kiyevdə yeni hərbi avantüranın göstəricisidir”.

Onun sözlərinə görə, Rusiya hərbi planlamasında NATO gəmilərinin Qara dənizdə Ukraynadan gələn gəmiləri müşayiət etməsi imkanlarını nəzərə alacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin