İran Rusiyadan “Yak-130”, “Su-35” və “Mi-28” alacaq

2023/11/EdjV6-1701247968.jpg
Oxunub: 310     14:44     29 Noyabr 2023    
İran Rusiyadan “Su-35” döyüş təyyarələri, “Yak-130” təlim təyyarələri və “Mi-28” hücum helikopterlərinin tədarükünün yekunlaşdığını açıqlayıb.

Ordu.az xəbər verir ki, “Su-35” döyüş təyyarəsinin ilk tədarükü bu yaxınlarda həyata keçirilib.

Ukrayna-Rusiya müharibəsi başlayandan iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıqda əhəmiyyətli artım müşahidə olunub.

İranın yarı rəsmi “Tesnim” Xəbər Agentliyinə danışan müdafiə nazirinin müavini Mehdi Ferhi Rusiyadan alınacaq döyüş təyyarələri və helikopterlərin çatdırılması ilə bağlı müqavilənin bağlandığını açıqlayıb.

O qeyd edib ki, “Yak-130” təlim təyyarələrinin, “Sukhoi-35” döyüş təyyarələrinin, “Mi-28” hücum helikopterlərinin ölkəyə gəlişi təsdiqlənib və proses davam edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Rusiya  


Bizi "telegram"da izləyin