Rusiyalı jurnalistlərin ATƏT-in iclasını işıqlandırmasına icazə verilməyib

2023/11/1701244907.jpg
Oxunub: 4467     11:47     29 Noyabr 2023    
Bir neçə rusiyalı jurnalistin Şimali Makedoniya paytaxtı Skopyedə ATƏT Nazirlər Şurasının iclasını işıqlandırmasına icazə verilməyib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Qərbin bu səfərin qarşısını almaq üçün bütün cəhdlərinə baxmayaraq, Rusiya xarici işlər naziri Sergey Lavrovun görüşdə iştirakına hazırlaşmağa davam edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ATƏT  


Bizi "telegram"da izləyin