“Hraparak”: Paşinyana olardı, başqalarına yox

2023/11/timth-1701240794.jpg
Oxunub: 8432     11:39     29 Noyabr 2023    
Vaxtilə hər fürsətlə yürüş və mitinq təşkil edən, Opera Teatrının həyətində “1+1+1” formatında günlərlə aksiya həyata keçirən, 2018-ci ildə küçələri bağlayaraq bütün Ermənistanı iflic vəziyyətinə salan və ictimai narazılıqlar yaradaraq hakimiyyəə gələn Nikol Paşinyanın hüquq-mühafizə orqanları bu gün “Zəng” hərəkatının İrəvanda dinc aksiyalar keçirməsinə imkan vermirlər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

“Polislərdən ibarət böyük qrupla, onlarla polis maşınları ilə şəhərdə yürüş edən onlarla gənci müşayiət edir və əlverişli anı tutaraq, polisə gətirirlər”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin