BMT TŞ-nın Qəzza ilə bağlı iclasında Türkiyəni xarici işlər naziri təmsil edəcək

2023/11/1699000919.jpg
Oxunub: 6237     03:43     29 Noyabr 2023    
Noyabrın 29-da Fələstin-İsrail münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclasında Türkiyəni xarici işlər naziri Hakan Fidan təmsil edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Fidan Nyu-Yorkdakı görüş çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasının sammitinin yekunları üzrə yaradılmış Qəzzada nizamlanma üzrə nazirlər qrupunun nümayəndələri - həmkarları ilə bir sıra görüşlər keçirəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT     Qəzza  


Bizi "telegram"da izləyin