Cəlal Harutyunyana qarşı cinayət işi məhkəməyə göndərilib

2022/07/e9a88-1659006075.jpg
Oxunub: 8002     19:25     28 Noyabr 2023    
Qarabağdakı separatçı rejimin “müdafiə ordusunun keçmiş komandanı” Cəlal Harutyunyana qarşı cinayət işi məhkəməyə göndərilib.

Ordu.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, xidməti səhlənkarlıqda ittiham olunur.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra C.Harutyunyana qarşı cinayət işi açılmışdı.

İttihama görə, 12 oktyabr 2020-ci il tarixində elan olunmuş hərbi vəziyyət zamanı "müdafiə ordusunun komandanı", general-leytenant rütbəsi ilə dövlət qulluqçusu olan Cəlal Harutyunyan xidmətə səhlənkar münasibət göstərib və bu səhlənkarlıq ağır nəticələrə səbəb olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cəlal-Harutyunyan   Ermənistan  


Bizi "telegram"da izləyin