HƏMAS Qəzzada atəşkəsi pozub

2023/11/1701147630.jpg
Oxunub: 6765     17:40     28 Noyabr 2023    
HƏMAS Qəzzada razılaşdırılmış atəşkəsi pozub.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusundan bildirilib.

Qeyd olunub ki, 1 saat ərzində Qəzza zolağında 3 partlayıcı qurğu işə salınıb.

Bildirilib ki, İsrail ordusu atəşkəsə əməl etməkdə davam edir.

Xatırladaq ki, HƏMAS hərəkatı ilə İsrail arasında əldə edilən razılaşmaya əsasən noyabrın 24-də Qəzza sektorunda dördgünlük atəşkəs rejimi qüvvəyə minib.

Qeyd edək ki, Yaxın Şərqdə müharibə bu il oktyabrın 7-ə başlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HƏMAS   Qəzza  


Bizi "telegram"da izləyin