İrakli Qaribaşvili: "Gürcüstan Cənubi Qafqazda sülh və sabitliyi dəstəkləməyə hazırdır"

2023/10/1698307353.jpg
Oxunub: 5580     15:41     28 Noyabr 2023    
Strateji məsələlər üzrə yüksək səviyyədə dialoq yalnız Gürcüstan və Ermənistana deyil, bütün regiona fayda verər.

Ordu.az “Armenpress”ə istinadən xəbər verir ki, bu Gürcüstanın Baş naziri İrakli Qaribaşivili ilə Ermənistan hökumətinin Aparat rəhbəri Araik Arutyunyan arasında Tblisidə noyabrın 28-də keçirilən görüşdə qeyd olunub.

Bildirilib ki, tərəflər bölgədə sülh və sabitliyin təmin olunmasının vacibliyini vurğulayıblar. İrakli Qaribaşvili Cənubi Qafqazda sülh və sabitliyi Gürcüstanın dəstəkləməyə hazır olduğunu bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qaribaşvili   Gürcüstan  


Bizi "telegram"da izləyin