Rusiyada prezident seçkiləri kampaniyasının başladığının rəsmən elan olunacağı vaxt məlum olub

2023/03/Kreml-1679050889.jpg
Oxunub: 239     14:11     28 Noyabr 2023    
Rusiya Federasiya Şurası dekabrın 13-də prezident seçkiləri kampaniyasının başladığını rəsmən elan edəcək.

Ordu.az xəbər verir ki, bunu Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanov bildirib.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2024-cü ilin martında keçiriləcək.

Xatırladaq ki, Rusiyada son prezident seçkiləri 2018-ci ilin martında keçirib. 2020-ci ilin iyulun 1-də isə mövcud konstitusiyaya dəyişiklik və əlavələrlə bağlı ümumxalq səsverməsi-referendum keçirilib. Referendumun nəticələrinə əsasən, Rusiyada prezidentlik müddəti 4 ildən 6 ilə qaldırılıb və hazırki dövlət başçısı Vladimir Putinin əvvəlki prezidentlik müddəti sıfırlanıb. Bu isə Putinə 2024 və 2030-cu illərdə yenidən prezidentliyə namizədliyini irəli sürməyə imkan verir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Prezident-seçkiləri  


Bizi "telegram"da izləyin