Ukrayna MN kəşfiyyat rəhbərinin həyat yoldaşının zəhərləndiyini təsdiqləyib - YENİLƏNİB

2023/11/6565b-1701165192.jpg
Oxunub: 1841     16:51     28 Noyabr 2023    
Ukrayna Müdafiə Nazirliyi qurumun Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanovun həyat yoldaşı Marianna Budanovanın zəhərləndiyini təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov məlumat verib.

O, təfərrüatları açıqlamayıb.

***

Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun qanında ağır metalla zəhərlənmə aşkarlanmayıb.

Ordu.az xəbər verir ki, bu barədə “RBK-Ukraina” məlumat yayıb.

Bildirilib ki, onun səhhəti yaxşıdır.

***

Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin bir neçə əməkdaşının da ağır metalla zəhərləndiyini təsdiqləyib.

Ordu.az xəbər verir ki, məlumatı “Ukrainskaya pravada” yayıb.

Bildirilib ki, Baş Kəşfiyyat İdarəsi rəisinin xanımı Marianna Budanovanın çəkisi az olduğunda onun zəhərlənməsi daha tez aşkarlanıb.

Məlumata görə, idarənin əməkdaşları daha cüssəli olduqlarından zəhələnməni gec hiss ediblər. Hazırda onlar da müalicə olunurlar.

İnformasiyaya əsasən, onların qidadan zəhərləndikləri güman edilir.

***

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun həyat yoldaşı Marianna Budanova ilə yanaşı, İdarənin bir neçə əməkdaşı da zəhərlənib.

Ordu.az xəbər verir ki, bu barədə “Ukrainska Pravda” nəşri mənbələrə istinadən yazıb.

Qeyd olunub ki, zəhərlənmənin simptomları Marianna Budanovada daha tez ortaya çıxıb.

Ehtimal olunur ki, Budanova və idarə əməkdaşları ağır metallarla qida qəbulu zamanı zəhərləniblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Budanov   Ukrayna  


Bizi "telegram"da izləyin