Braziliyanın “Mac Jee” şirkəti kamikadze PUA-sı prototipi “Anshar”ı təqdim edib

2023/11/1701160446.jpg
Oxunub: 6468     16:33     01 Dekabr 2023    
“Dubai AirShow”dan yeni məhsul xəbərləri gəlməyə davam edir.

Ordu.az xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi nümunəsi başda olmaqla kamikadze tipli Pilotsuz Uçuş Aparatları (PUA) məhv etdikləri sistemlərlə özlərini sübut edərək, müdafiə sənayesi şirkətləri arasında bir tendensiya başladıb.

Şirkətlər arasında kamikadze PUA-ların hazırlanması üçün rəqabət yaranmağa başlayıb.

Braziliyanın “Mac Jee” şirkəti heç də geri qalmayıb və “Dubai AirShow”da kamikadze PUA-sı prototipi “Anshar”ı təqdim edib.

Babil mifologiyasında bir tanrının adını daşıyan “Anshar” PUA-sı 120 kilometr uçuş məsafəsinə malikdir. PUA-nın uçuş müddəti 1 saatdır, 612 km/saat sürətə çata bilir və 20 kiloqram faydalı yük daşıya bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Braziliya   Mac-Jee  


Bizi "telegram"da izləyin