Hindistan yerli təyyarələrə siqnal pozucu quraşdıracaq

2023/11/1701160375.jpg
Oxunub: 252     11:13     11 Dekabr 2023    
Hindistan Hərbi Hava Qüvvələri (HHQ) “LCA Mark 1A” döyüş təyyarələri üçün yerli siqnal pozucu pod hazırlayacaq.

Ordu.az xəbər verir ki, bu barədə Hindistan HHQ rəsmiləri bildiriblər.

Hindistan HHQ rəsmiləri HHQ-nin yerli “LCA Mark 1A” döyüş təyyarəsi üçün yerli siqnal pozucu podun hazırlanması layihəsi üzərində işlədiklərini deyiblər.

Qeyd olunur ki, Hindistan HHQ-nin Baza Təmir Mərkəzləri döyüş və nəqliyyat təyyarələri və digər silah sistemləri üçün tələb olunan bir çox avadanlığın yerliləşdirilməsi və müdafiə sənayesində idxalın azaldılması üçün təyin edilib.

Son illərdə dünyada artan yerli müdafiə sənayesi hərəkətləri arasında Hindistan bu səyləri artırmağa çalışan dövlətlərdən biridir. LCA MK-1A yerli olaraq hazırlanan LCA MK-1-in təkmilləşdirilmiş variantıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   HHQ  


Bizi "telegram"da izləyin