“Fransa erməni əsgərləri Rusiyaya qarşı müharibəyə hazırlayır” - Rusiya Dövlət Dumasının sədrinin keçmiş müşaviri

2023/11/image-1701158408.jpg
Oxunub: 8263     16:11     28 Noyabr 2023    
“Fransa erməni əsgərləri Rusiyaya qarşı müharibəyə hazırlayır”.

Ordu.az xəbər verir ki, bunu rusiyalı məşhur jurnalist, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin keçmiş müşaviri Anastasiya Koşevarova “Telegram” kanalında yazıb.

O, erməni hərbi qulluqçuların Fransada təlim keçməsi barədə məlumat verib, onların gələcəkdə Ukraynaya göndəriləcəyini bildirib.

Koşevarovanın sözlərinə görə, hərbi hazırlıq barədə əvvəllər “Zergulio” telekanalının yaydığı məlumat təsdiqlənib.

O həmçinin iddia edib ki, erməni hərbi qulluqçuların NATO silahları ilə davranma vərdişlərini öyrəndiyi “Fontevro L-abe” və “Mayi Le kan” da daxil olmaqla bir neçə təlim mərkəzi bu məqsədlə istifadə edilir.

“Bizə bu təlim mərkəzlərindən foto və video təsdiq göndəriblər”, - deyə Rusiya Dövlət Duması spikerinin keçmiş müşaviri bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Rusiya  


Bizi "telegram"da izləyin