Tayvan TC-2 HHM sisteminin kütləvi istehsalına başlayır

2023/11/1701153847.jpg
Oxunub: 5138     15:43     28 Noyabr 2023    
Tayvan administrasiyasının Müdafiə Nazirliyi həyata keçirilən müdafiə sənayesi layihələri haqqında jurnalistlərə məlumat verib.

Ordu.az xəbər verir ki, Tayvan administrasiyasının Müdafiə Nazirliyinin rəsmiləri Tayvanın Milli Çunq-Şan Elm və Texnologiya İnstitutu (NCSIST) tərəfindən “Sky Sword II” hava-hava raketinin bazası əsasında hazırlanan TC-2 alçaq-orta hündürlükdə Hava Hücumundan Müdafiə (HHM) sisteminin kütləvi istehsal işlərinin başladığını bildiriblər.

Mart ayında keçirilən kvalifikasiya sınaqları zamanı tələblərə cavab verilmədiyi üçün kütləvi istehsal mərhələsinin təxirə salındığını bildirən səlahiyyətlilər edilən təkmilləşdirmələrin ardından iyul ayında təkrar sınaqlardan sonra kütləvi istehsal qərarının verildiyini açıqlayıblar.

Hər sistemin 1 komanda bölməsi, 1 radar bölməsi və 5 atış bölməsindən ibarət olduğunu bildirən səlahiyyətlilər ilk mərhələdə alınacaq 6 ədəd TC-2 sisteminin istehsalına başlanıldığını qeyd ediblər.

278 milyon dollara başa gəlməsi gözlənilən kütləvi istehsal mərhələsi çərçivəsində 6 ədəd CS/MYS-951 Batareya Komanda Bölməsi, 6 ədəd CS/MPQ-951 Radar Bölməsi, 30 ədəd Atış Bölməsi və 246 ədəd “Sky Sword II” HHM raketinin tədarük edilməsi planlaşdırılır.

Rəsmilər həmçinin bildiriblər ki, TC-2 HHM sisteminin inkişafı layihəsinə indiyədək 453 milyon dollar xərclənib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tayvan   TC-2   HHM  


Bizi "telegram"da izləyin