Erməni siyasi xadim: “Bizim ziddiyyətlərimiz rəqibin silahıdır, nə qədər çox ziddiyyət yaratsa, rəqibə bir o qədər yaxşıdır”

2023/11/069c0-1701152140.jpg
Oxunub: 384     14:58     28 Noyabr 2023    
“Ermənistanda qərbpərəstlərin, ruspərəstlərin, Qərbə qarşı olanların, rusofobların, şərti sorosçuların, cavanların, qocaların, varlıların, kasıbların, keçmiş hakimiyyət nümayəndələrinin, indiki hakimiyyət nümayəndələrinin, konformist və cəsurların, dürüst və materialistlərin, gündəlik çörək puluna yaşayanların və uzaqgörənlərin ədalələtlərini bir ədalət çətiri altında birləşdirməyin formasını tapmağı bacaracaq axın Nikol kimi şəxslərə qalib gələcək”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi xadim Hovhannes İşxanyan sosial şəbəkə hesabında yazıb.

“Niyə? Çünki bizim ziddiyyətlərimiz rəqibin silahıdır, nə qədər çox ziddiyyət yaratsa, rəqibə bir o qədər yaxşıdır. Silahımız bizim ümumi cəhətlərimizdir, hər cür şəxsiyyətləri, fikirləri bir məqsədə yönəldən hərbi geyimdir. Nikolsdan ayrılan hər bir qüvvə və insan alqışlarla qarşılanmalıdır”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qərb  


Bizi "telegram"da izləyin