Ermənistanda hər il 10 qadın gender zorakılığı nəticəsində ölür

2023/11/16687-1701152022.jpg
Oxunub: 3133     16:37     28 Noyabr 2023    
“Ermənistanda hər il 10 qadın öldürülür, onlar indiki və ya keçmiş partnyorlarının və ya digər ailə üzvlərinin qurbanı olur, gender zorakılığı təkcə ailələrdə baş vermir”.

Ordu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın Qadın Zorakılığına Qarşı Koalisiya ictimai təşkilatının nümayəndəsi Anna Havhannisyan deyib.

O bildirib ki, ictimai təşkilata hər il gender zorakılığı ilə bağlı 4800 müraciət daxil olur.

Havhannisyan qeyd edib ki, dünyada hər üçüncü qadın indiki və ya keçmiş partnyorları tərəfindən psixoloji və ya fiziki zorakılığa məruz qalıb.

BMT-nin Əhali Fondunun Ermənistan ofisinin gender proqramları üzrə rəhbəri Qayane Sarkisyan əsas səbəb kimi qadınlara qarşı ayrı-seçkiliyi qeyd edib.

Ermənistan Əmək və Sosial Məsələlər Nazirliyinin insan alveri və qadın problemləri şöbəsinin rəhbəri Sofi Bostancyan öz növbəsində qeyd edib ki, şöbə 2020-ci ildə məişət zorakılığına məruz qalan insanlara verilən dəstəyin miqdarını artırıb.

Ailə Zorakılığına Qarşı Koalisiyanın üzvü Anahit Gevorqyan da öz növbəsində qadınlara dəstək mərkəzlərinin sayının artırılması planları barədə məlumat verib.

“Əvvəllər 10-20 məişət zorakılığı faktı qeydə alınırdısa, indi 110-120 fakt var. Bu o deməkdir ki, müraciətlərin sayı artır”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Gender-zorakılığı  


Bizi "telegram"da izləyin