“Ermənistan hökuməti bütün mümkün avtoritar rejimlərlə rəqabətə girdi” - Erməni deputat

2021/02/546-1614332457.jpg
Oxunub: 373     15:20     28 Noyabr 2023    
“Ermənistan hökuməti siyasi baxışları səbəbindən həbs olunanların sayına görə özünə bərabər olmadığını göstərmək üçün bütün mümkün avtoritar rejimlərlə rəqabətə girib”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abrahamyan öz “Facebook” səhifəsində yazıb.

“Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan, general Qriqori Xaçaturov, ictimai xadim Narek Malyan və Vanadzor şəhərinin başçısı Mamikon Aslanyanla görüşmək üçün “Nubaraşen” və “Vardaşen” cəzaçəkmə müəssisələrində oldum. Ermənistan hökuməti siyasi baxışları səbəbindən həbs olunanların sayına görə özünə bərabər olmadığını göstərmək üçün bütün mümkün avtoritar rejimlərlə rəqabətə girib. Bütün siyasi məhbuslara azadlıq”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hökumət  


Bizi "telegram"da izləyin