Pakistandan İsrailə sursat çatdırıldığı iddia edilir

2023/11/2023--1701149699.jpg
Oxunub: 5546     10:57     28 Noyabr 2023    
OSINT mənbələri Pakistanın HƏMAS ilə davam edən münaqişədə İsrailə 155 mm-lik artilleriya sursatları verdiyini iddia edir.

Ordu.az xəbər verir ki, İslamabadın İsrail dövlətinin mövcudluğuna tarixi etirazına və onu diplomatik yolla tanımaqdan imtina etməsinə baxmayaraq, bu iddia irəli sürülür.

İddianın əsl mənbəyi Britaniya Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus təyyarənin Bəhreyndən Pakistanın Ravalpindidəki Nur Xan bazasına uçması və Oman vasitəsilə Kiprdəki bazaya çatmasıdır.

“Army Recognition” nəşrinin xəbərinə görə, Britaniya HHQ-nin Kiprdəki “Akrotiri” bazası HƏMAS-la müharibəsi zamanı İsrailin sursat tədarükü üçün mühüm hərbi mərkəzə çevrilib. Bu addım İsrailə gizli tədarük zəncirinin olduğunu düşünməyə əsas verir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   İsrail  


Bizi "telegram"da izləyin