Ordu.az xəbər verir ki, Britaniya parlamentinin suallarına cavab olaraq dərc olunan hesabatında Britaniya müdafiə kəşfiyyatı 2475 Rusiya əsas döyüş tankının ya məhv edildiyini, ya zədələndiyini, ya da Ukrayna müdafiəçiləri tərəfindən ələ keçirildiyini bildirib.
Hesabatda itkilər Kiyevin Qərb müttəfiqləri, o cümlədən ABŞ tərəfindən təchiz edilmiş mürəkkəb tank əleyhinə və raketlərin effektivliyi ilə əlaqələndirilib.
Bundan əlavə, Britaniya müdafiə kəşfiyyatının hesabatında bildirilib ki, Rusiyanın 7100-dən çox zirehli vasitəsi və 1300 artilleriya sistemi zərərsizləşdirilib.
Hesabatda həmçinin Ukrayna qüvvələrinin işğalın başladığı 2022-ci ilin fevralından bu yana 93 sabit qanadlı təyyarə, 132 helikopter və 320 pilotsuz uçuş aparatını vurduğu, Rusiyanın hərbi itkilərinin isə 300 mini keçdiyi qeyd olunub.
Sevinc Əliyeva
Ordu.az