Ukraynada DİN rəhbərinin öldüyü helikopter qəzası ilə bağlı araşdırma başa çatıb

2023/11/b1232-1701078931.jpg
Oxunub: 5369     13:32     27 Noyabr 2023    
Ukrayna Dövlət Təhqiqatlar Bürosunun əməkdaşları bu il yanvarın 18-də Brovarıda bu ölkənin daxili işlər naziri Denis Monastırski və nazirliyin digər rəsmilərinin öldüyü helikopter qəzası ilə bağlı araşdırmanı yekunlaşdırıb.

Ordu.az xəbər verir ki, bu barədə “RBC-Ukraina” quruma istinadən məlumat yayıb.

Qeyd edilib ki, bununla bağlı materiallar tezliklə məhkəməyə təqdim olunacaq.

Müstəntiqlər göyərtəsində Ukrayna Daxili İşlər Nazirliyinin rəhbərliyinin və onu müşayiət edən şəxslərin olduğu helikopterin uçuş təhlükəsizliyi ilə bağlı qaydaların pozulmasında Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin beş əməkdaşının ittiham olunduğunu bildiriblər.

Vurğulanıb ki, uçuşa hazırlıq zamanı ekipaj komandirinə planlaşdırılan hərəkətin bütün marşrutu üzrə meteoroloji məlumatlar, xüsusən Brovarı şəhəri üzərində son dərəcə əlverişsiz hava şəraiti barədə məlumat verilməyib.

Xatırladaq ki, helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər ölüb, 11 uşaq daxil olmaqla 25 nəfər yaralanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   DİN-rəhbəri  


Bizi "telegram"da izləyin