Paşinyanın idarəetmə sistemində korrupsiya epizodları necə ört-basdır edilir? – ANALİZ

2023/11/1701075166.jpg
Oxunub: 3355     10:21     28 Noyabr 2023    
Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin noyabrın 23-də keçirilən iclasında korrupsiyaya qarşı mübarizənin səviyyəsindən şikayət edərək, bunun lazımi səviyyədə olmadığını deyib. “Biz bunun üçün Korrupsiyaya Qarşı Mübarizə Komitəsini yaratdıq. Ən yüksək maaşları təyin etmişik və bütün qaydalara uyğun yaratmışıq ki, təcili işlərimizlə məşğul ola bilək”, - deyə Paşinyan bildirib.

Yəni Nikol Paşinyan faktiki olaraq Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin işindən şikayət edib. Yeni yaradılmış struktur olan bu komitəyə buna qədər Xüsusi İstintaq Xidmətinin rəhbəri olmuş Sasun Xaçatryan rəhbərlik edir. Əvvəlki idarəetmə sistemi dövründə yaradılmış bu struktur Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin yaradılması barədə qərar qəbul edildikdən sonra ləğv edilib.

Ermənistan Xüsusi İstintaq Xidmətinin rəhbəri Xaçatryan da Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri təyin edilib. Nikol Paşinyan korrupsiyaya qarşı mübarizənin lazımi səviyyədə olmadığını bəyan edəndə əslində komitənin fəaliyyətindən şikayətlənir. Eyni zamanda o işarə edir ki, korrupsiyaya qarşı mübarizə çərçivəsində insanların həbs edilməsi, sonra isə KİV-lərin həmin insanları bu və ya digər kafedə qəhvə içərkən çəkməsi problemdir.

Başqa cürd esək, Nikol Paşinyanın hökumətdəki çıxışı dolayısı ilə Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə, belə desək, “həbs”lərin arxasınca getməyə dair göstəriş idi. Burada təbii olaraq “mənzərə” məntiqinin yaxın gələcəkdə canlanmasına işarə edilir ki, bu da siyasi ehtiyaclarla bağlı ola bilər. Eyni zamanda, məlumdur ki, Ermənistanda korrupsiyaya qarşı mübarizə lazımi səviyyədə deyil. 2018-ci ildən Ermənistanda korrupsiyaya qarşı mübarizə anlayışı, müstəsna şəkildə olmasa da, əsasən keçmiş hakim sistemin nümayəndələrinə qarşı məntiqdə başa düşülür.

Bir tərəfdən, əvvəlki sistemin korrupsiya dərəcəsini nəzərə alsaq, bu, başa düşüləndir. Qeyd etmək lazımdır ki, korrupsiya mahiyyətcə həmin sistemin əsasını təşkil edirdi. Lakin digər tərəfdən Paşinyanın idarəetmə sistemində korrupsiya epizodlarının və ya risklərinin olması da bu şəkildə ört-basdır edilir, maskalanır və ya diqqətdən kənarda qalır. Mətbuat bunu qaldırır, üstəlik, bu məsələni təkcə siyasi yönümlü mətbuat işıqlandırmır.

Yeri gəlmişkən, burada söhbət Ermənistanda təkcə rüşvət verməkdən və ya almaqdan getmir. Rüşvət vermək və ya almaq korrupsiyanın bəlkə də ən kiçik komponentləridir və ümumiyyətlə korrupsiya da deyil, sadəcə olaraq rüşvətxorluqdur. Əlbəttə, korrupsiya həm dövlət pullarının idarə edilməsinin, yumşaq desək, şübhəli və problemli epizodları, həm də yüksək dərəcəli dövlət rəsmilərinin, onlarla əlaqəsi olan şəxslərin, yaxınların, müxtəlif biznes dairələrinin və iqtisadiyyatın idarə edilməsi sahələrinin əlaqəsi ilə bağlı daha böyük maliyyə axınları olan çox mürəkkəb sxemlərdir.

Üstəlik, burada cinayət işlərinin başlanması və ardıcıllığı ən vacib və zəruri şərt olsa da, həll yolları yalnız həbslər ola bilməz. Burada korrupsiyanı “gizlətməy”in getdikcə daha çətin olacağı mexanizmləri formalaşdıracaq institusional islahatların olması son dərəcə vacibdir. Paşinyan hökuməti isə burada hələlik primitiv mexanizmlər, belə desək, nağd pul məhdudiyyəti yolu ilə gedib. Bundan bu gün daha çox banklar yararlanır və sadə ermənilər ciddi problemlərlə, əmlak və gəlirlərinin tamamilə itirilməsi ilə üzləşirlər.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan   Korrupsiya  


Bizi "telegram"da izləyin