Türkiyənin ilk yerli helikopter tutma və transfer sistemi milli freqat üzərində missiyaya başlayıb

2023/11/2023--1701073385.jpg
Oxunub: 8590     15:00     27 Noyabr 2023    
Türkiyənin döyüş gəmilərində istifadə edilən və embarqoya məruz qalan Helikopter Tutma və Transfer Sistemi Türkiyədə ilk dəfə yerli və milli imkanlarla istehsal edilib.

Ordu.az xəbər verir ki, sistem Türkiyənin ilk milli freqatı olan TCG “İstanbul” gəmisində quraşdırılıb, bütün qəbul sınaqlarını tamamlayıb və Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) inventarına daxil edilib.

Beləliklə, Türkiyənin tam müstəqil müdafiə sənayesi hədəfinə uyğun olaraq yenilikçi və milli həllər inkişaf etdirən “STM Savunma Teknolojileri Mühendislik ve Ticaret A.Ş.” hərbi dənizçilik sahəsindəki yerliləşdirmə və milliləşdirmə uğurlarına bir yenisini əlavə edib.

Daha əvvəl Türkiyə HDQ-yə aid gəmilərdə istifadə edilmək üçün Kanadadan alınan və Kanada hökumətinin tətbiq etdiyi embarqo səbəbindən milli freqat üçün alına bilməyən Helikopter Tutma və Transfer Sistemi üçün 2 il əvvəl yerliləşdirmə fəaliyyətlərinə başlanılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HDQ  


Bizi "telegram"da izləyin