Öz sinfinin ən yaxşısı ASELFLIR-500 inventarına daxil olmağa hazırlaşır

2023/11/ASELS-1701073262.jpg
Oxunub: 8345     13:55     27 Noyabr 2023    
ASELSAN tərəfindən embarqolara cavab olaraq hazırlanan elektro-optik kəşfiyyat, müşahidə və hədəfləmə sistemləri həm əməliyyatlar sahəsində, həm də yüksək əlavə dəyərli ixracatla ölkəyə töhfə verir.

Ordu.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2024-cü ilin fevral ayından etibarən kütləvi istehsalına başlamasının planlaşdırıldığını açıqladığı elektro-optik kəşfiyyat, müşahidə və hədəfləmə sistemi ASELFLIR-500 Türkiyə müdafiə sənayesinin milliləşdirmə səylərinin gəldiyi nöqtənin mühüm nümunələrindən biridir.

Milli zərbə tipli Pilotsuz Uçuş Aparatları (PUA) ilə həyata keçirilən sınaqlarda öz sinfindəki məhsullardan daha yaxşı nəticə göstərən ASELFLIR-500 20 min dollara çatan ixracat kiloqram dəyəri ilə də ölkə iqtisadiyyatına töhfə verəcək.

1974-cü il Kipr Sülh Əməliyyatından sonra tətbiq edilən embarqolara cavab olaraq 1975-ci ildə qurulan ASELSAN yarım əsrə yaxın tarixində bir çox milli məhsul istehsal edib. Bundan əlavə, şirkət subpodratçıları ilə birlikdə 700-dən çox məhsul və sistemin milliləşdirilməsini təmin edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELFLIR-500   ASELSAN  


Bizi "telegram"da izləyin