Türkiyənin XİN başçısı Barselonaya səfər edəcək

2023/11/1701025323.jpg
Oxunub: 8640     21:03     26 Noyabr 2023    
Türkiyənin xarici işlər naziri Hakan Fidan noyabın 26-27 noyabr tarixlərində Aralıq dənizi üçün Birlik VIII Regional Forumuna qatılmaq üçün İspaniyanın Barselona şəhərinə yola düşəcək.

Ordu.az “TRT Haber”ə istinadən xəbər verir ki, tədbirin gündəmində Qəzzadakı humanitar böhran və regiondakı vəziyyətdir.

Səfər çərçivəsində Fidan ərəb ölkələrindən olan həmkarları, habelə qəbul edən ölkənin XİN başçısı Manuel Albares Bueno ilə görüşəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Fidan  


Bizi "telegram"da izləyin