HƏMAS Rusiya vətəndaşını azad edib

2023/11/1701017549.jpg
Oxunub: 3848     19:34     26 Noyabr 2023    
HƏMAS Rusiya vətəndaşlığı olan girovu Qırmızı Xaç Cəmiyyətinə təhvil verib.

Ordu.az xəbər verir ki, bu barədə TASS Fələstin hərəkatı Siyasi Büro rəhbərinin mətbuat katibinə istinadən məlumat yayıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova HƏMAS-ın Rusiya vətəndaşlığı olan girovu azad etdiyini təsdiqləyib.

“Yaxın vaxtlarda, mümkün qədər tez Rusiya diplomatları ona baş çəkəcəklər. Bu girovluqdan azad olma mübadilə siyahısından kənarda baş verdi. Söhbət Rusiya nümayəndələri ilə HƏMAS arasında birbaşa razılaşmalardan gedir. Bu iş davam edəcək”, - deyə Rusiya XİN rəsmi nümayəndəsi "Telegram" kanalında yazıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HƏMAS   Rusiya  


Bizi "telegram"da izləyin