İran və Türkiyə XİN başçıları Qəzzada atəşkəsi müzakirə edib

2023/11/65625-1700973675.jpg
Oxunub: 4333     00:01     26 Noyabr 2023    
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı olub.

Ordu.az xəbər verir ki, bu barədə İran XİN-in mətbuat xidməti məlumat yayıb.

Abdullahian İran və Türkiyənin digər müsəlman ölkələri ilə birlikdə Fələstin xalqına dəstək üçün daha güclü tədbirlər görməsinin vacibliyini vurğulayıb.

Hakan Fidan iki ölkənin yüksək vəzifəli şəxsləri arasında məsləhətləşmələrin və görüşlərin davam etdirilməsinin əlaqələrin inkişafında mühüm rol oynayacağını qeyd edib. XİN başçısı ölkəsinin Qəzzada atəşkəsi davam etdirmək əzmində olduğunu vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Türkiyə  


Bizi "telegram"da izləyin