Ukraynada etiraz aksiyaları başlayıb

2023/11/Ekran-1700918043.jpg
Oxunub: 5219     16:52     25 Noyabr 2023    
Ukraynanın bəzi şəhərlərində, o cümlədən paytaxt Kiyevdə yerli sakinlər etiraz aksiyalarına başlayıb.

Ordu.az-ın məlumatına görə, etiraz aksiyalarına səbəb müharibə vaxtı yolların və bəzi ictimai yerlərin təmiridir.

Ukraynalılar büdcə pulunun müharibə vaxtı korrupsiya imkanları olan belə təmirlərə yox, tam olaraq orduya yönəldilməsini tələb edirlər. Etiraz aksiyalarında şüarlar "büdcə Silahlı Qüvvələr üçündür!" çağırışı ilə keçirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Aksiya  


Bizi "telegram"da izləyin