Şahramanyan Ermənistana helikopterlə necə getdiyini istintaq komissiyasına danışıb

2023/06/1687331680.jpg
Oxunub: 324     11:58     25 Noyabr 2023    
44 günlük müharibə ilə bağlı parlament istintaq komissiyasının sədri, erməni deputat Andranik Köçəryan komissiyanın iclasında ləğv edilmiş qondarma qurumun “sonuncu başçısı” Samvel Şahramanyanın iştirakı ilə keçirilən müzakirələr zamanı bir sıra faktları açıqlayıb.

Ordu.az xəbər verir ki, Köçəryanın sözlərinə görə, heç kimin başqa platformada qəbul edə bilməyəcəyi reallıqlar ortaya çıxıb.

“Samvel Şahramanyan yeni reallıqları açıqladı. İndi başa düşdüm Artsvik Minasyan niyə istəmirdi ki, Şahramanyanın istintaq komisisyasının iclasında iştirak etməsi reallıq olsun”, - deyə o qeyd edib.

Erməni deputat bildirib ki, söhbət müharibədən sonrakı hadisələrdən gedir, çünki 44 günlük müharibə bununla bitməyib, müharibədən sonra bilavasitə 44 günlük müharibə günləri və ermənilərin Qarabağı tərk etməsi dövrü ilə bağlı olan hadisələr olub.

“44 günlük müharibə ilə bağlı istintaq komissiyası indi konstitusiya səlahiyyətlərinə malikdir. Bu, komissiyanın mövcudluğu olmadan görünməyən müəyyən siyasi reallıqların qeydə alınması üçün belə platformadan istifadə etməyə imkan verən düzgün qərardır”, - deyə Köçəryan bildirib.

Köçəryan vurğulayıb ki, Şahramanyan Ermənistana helikopterlə necə getdiyini istintaq komissiyasına danışıb, keçmiş “rəhbərlər” (separatçılar-red.) isə bunu etməyiblər.

“İstintaq komissiyasının iclasına gəlməkdən imtina edən iki nəfər var: Tiran Xaçatryan və Movses Hakopyan. Bir həftə Movses Hakopyan istəyirdi, sonra istəmirdi. Vardan Oskanyan isə gəlmədən ifşalar etdi”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şahramanyan   Ermənistan  


Bizi "telegram"da izləyin