Ermənistan təxribatlara hazırlaşır| Separatçılar “sessiya” çağırmaq niyyətindədirlər

2023/11/2023--1700297975.jpg
Oxunub: 8352     12:39     25 Noyabr 2023    
“Qarabağdan Ermənistana köçən “deputatlar” (separatçılar-red.) gələn həftə “parlamentin növbədənkənar sessiyası”nı çağırmaq niyyətindədirlər”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr qeyd edib ki, “sessiyanın gündəliyi” və onun keçiriləcəyi dəqiq gün hələ müəyyənləşməyib.

“Bununla bağlı müzakirələr aparılır. Əldə etdiyimiz məlumata görə, bütün “fraksiya”lar “sessiya”da iştirak üçün ilkin razılıqlarını veriblər. “Sessiya”nın hansı nəticələr verəcəyini, yaxın gələcəkdə hansı hadisələrin baş verəcəyini zaman göstərəcək”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Ermənistan  


Bizi "telegram"da izləyin