AW119T helikopterləri Türkiyə QQ-nin inventarına daxil olmaqda davam edir

2023/11/AW119-1700894304.jpg
Oxunub: 1826     13:37     25 Noyabr 2023    
Türkiyə Milli Müdafiə Nazirliyi daha 2 ədəd AW119T əsas təlim helikopterinin istifadəyə verildiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, nazirlikdən verilən açıqlamada 2 ədəd əsas təlim helikopterinin Türkiyə Quru Qoşunları Komandanlığının inventarına daxil edildiyi qeyd olunub.

Türkiyə ilə İtaliyanın “Leonardo” şirkəti arasında 2022-ci ilin iyun ayında imzalanan müqavilə çərçivəsində ümumilikdə 15 ədəd AW119T helikopteri tədarük edilir.

AW119T-lər Türkiyə Quru Qoşunlarının inventarındakı AB206-ları əvəz etmək üçün tədarük edilir.

Türkiyə tərəfindən sifariş edilən AW119T-lərdən birincisi 2023-cü ilin fevralında İtaliyadakı “Leonardo” müəssisələrində sınaqdan keçirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AW119T   Türkiyə   QQ  


Bizi "telegram"da izləyin