Özbəkistan Fransadan “Rafale” döyüş təyyarələri almağı planlaşdırır

2023/11/raffe-1700892795.jpg
Oxunub: 3768     11:12     25 Noyabr 2023    
Özbəkistan Fransadan 24 ədəd “Rafale” çoxməqsədli döyüş təyyarəsi almaq üçün fəaliyyətlərə başlayıb.

Ordu.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makronun Özbəkistan Respublikasına son səfəri zamanı döyüş təyyarələrinin satışı ilə bağlı planlar müzakirə olunub.

Özbəkistanın 38 ədəd “MiQ-29”, 25 ədəd “Su-27” və 20 ədəd “Su-25” döyüş təyyarəsi də daxil olmaqla 100-ə yaxın təyyarəsi var.

Lakin bu təyyarələrin əksəriyyəti Özbəkistan anbarlarındadır və ya tam təmirə ehtiyacı var, ya da köhnəlməsi səbəbindən istismar müddətini başa vurub.

Özbəkistan Hərbi Hava Qüvvələri (HHQ) daha əvvəl 11 ədəd “Eurocopter” (“Airbus Helicopters”) AS550 helikopteri və 15 ədəd AS532 yüngül helikopteri alaraq, inventarına Fransa istehsalı olan məhsulları əlavə edib.

Məlumata görə, Özbəkistan və Fransa arasında danışıqlar davam edir və işlərin ilin sonuna kimi yekunlaşdırılması gözlənilir.

Sevinc Əliyeva
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Özbəkistan   Fransa   Rafale  


Bizi "telegram"da izləyin