“İcazə verin, Nikolu vuracam, avtomatı gətirin, gedib məhv edim” - Erməni nümayişçi

2023/11/1700892468.jpg
Oxunub: 1584     10:50     25 Noyabr 2023    
Ermənistanın “Miasin” (“Birlikdə”) hərəkatının “Ermənistan hökumətinin binası yaxınlığındakı aksiyasında iştirak edən yaşlı şəxs Paşinyanın ünvanına tənqidlər səsləndirib.

Ordu.az xəbər verir ki, nümayişçi Paşinyanı boğmaq lazım olduğunu deyib.

Erməni jurnalistlərin “Qorxmursunuz ki, indi polis zorakılıq çağırışına görə gələcək?” sualına yaşlı nümayişçi belə cavab verib: “Kimi, məni tutacaqlar? Qoy tutsunlar, gözünə vuraram, söyərəm, gözünü çıxararam, vuraram. Mənim həyatım mənə bəsdir. 96 il yaşadım, bəsdir. Vururam, öldürərəm, bəsdir, belə olmaz, Qarabağın belini qırdılar, Ermənistanın əsgərlərini çıxardılar, silahı da türklərə vedilər, sonra da Qarabağ, Qarabağ deyirlər”, - deyə o bildirib.

Nümayişçi qeyd edib ki, Ermənistan Nikolun təşkilatı ilə “Qarabağın beli”ni qırıb.

“İcazə verin, Nikolu vuracam, avtomatı gətirin, gedib məhv edim”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Nikol  


Bizi "telegram"da izləyin