“Ermənistan MN ilin sonuna qədər bu planı həyata keçirə bilməyəcək” - Erməni deputat

2023/11/1700891847.jpg
Oxunub: 8529     11:09     25 Noyabr 2023    
“Mən sözün və sözümün dəyərini başa düşürəm və açıq şəkildə bildirdim ki, Maliyyə Nazirliyinin 9 ayın hesabatına əsasən, icra göstəricisi 55 faizdir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı, Daşnaksütun təşkilatının ali orqanının üzvü Geğam Manukyan deyib.

Onun sözlərinə görə, bu il Ermənistan Müdafiə Nazirliyi böyük təbliğatla və ictimaiyyəti çaşdırmaqla, Ermənistan Silahlı Qüvvələrinin 2024-cü ildə yeni geyimə sahib olacağını elan edib.

“Heç bir halda ilin sonuna qədər bu planı həyata keçirə bilməyəcəklər, buna görə də icra yarımçıq qalacaq. Görəsən Suren Papikyan elan etdiyi ilin sonuna hansı sürprizi hazırlayıb. Hər halda, müdafiə sahəsində hər hansı müsbət hal vətəndaşlarımızı yalnız sevindirə bilər”, - deyə Manukyan qeyd edib.

Manukyan bildirib ki, Fransanın “Bastion” zirehli vasitələrinin kiçik partiyasının və ya 30 mm-lik qumbaraatanların alınmasının açıq-aşkar və saxta hökumət təbliğatı materialına çevrilməsi ciddi deyil.

O, 44 günlük müharibə ilə bağlı istintaq komissiyasının fəaliyyətinə toxunaraq bildirib ki, Andranik Köçəryan istintaq komissiyanın materiallarını şəxsi mülkiyyətinə çevirmək qərarına gəlib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Parlament  


Bizi "telegram"da izləyin