Yunanıstanda ABŞ və Fransanın iştirakı ilə hərbi təlimlər keçirilir

2023/11/6560f-1700855457.jpg
Oxunub: 6002     23:41     24 Noyabr 2023    
Yunanıstanın şimal-şərqində Yunanıstan silahlı qüvvələrinin və Bolqarıstan, Gürcüstan, Kipr Respublikası, ABŞ və Fransanın quru qoşunlarının iştirakı ilə Olimpiya Əməkdaşlıq hərbi təlimləri keçirilir.

Ordu.az xəbər verir ki, bu barədə ANA-MPA məlumat yayıb.

Təlimlərdə Albaniya, Ermənistan, Misir, Hindistan, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Rumıniya və Səudiyyə Ərəbistanından da müşahidəçilər iştirak edir.

Yunanıstanın milli müdafiə naziri Nikos Dendias Fransa hərbçilərinin mövcudluğunun strateji tərəfdaşlıq sazişinin nəticəsi olduğunu deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   ABŞ   Fransa  


Bizi "telegram"da izləyin