"Terrorizmə qarşı beynəlxalq əməkdaşlıq mütləqdir" - Türkiyəli nazir

2023/11/1699000919.jpg
Oxunub: 7803     16:29     24 Noyabr 2023    
Terrorizmə qarşı beynəlxalq əməkdaşlıq mütləqdir.

Ordu.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan 2023 Beynəlxalq Strateji Rabitə Sammitinin (Stratcom) açılış mərasimində çıxışı zamanı deyib.

"Hibrid təhdidlərə qarşı mübarizə üçün ilk növbədə milli təhlükəsizlik və müdafiə mexanizmlərində islahatlar aparmalı, çevik və çox yönlü döyüş strategiyaları hazırlamalıyıq. Bu gün dövlətlər və qeyri-dövlət aktorları regional və qlobal münaqişələrdə hərbi vasitələrdən əvvəl informasiya vasitələrinə sərmayə qoyurlar. Digər tərəfdən, hibrid təhlükələrin qarşısının alınması baxımından beynəlxalq məlumatlılığın və dayanıqlığın artırılması vacibdir. Ona görə də Türkiyə olaraq BMT, NATO, ATƏT, G-20, OECD və Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq təşkilatlara dəstək veririk”, - deyə o əlavə edib.

H.Fidan onu da qeyd edib ki, başda ABŞ olmaqla, müttəfiqlərinin İŞİD terror təşkilatı ilə mübarizə adı altında PKK-ya verdiyi dəstək böyük strateji səhvdir.

"Türkiyə bunu bütün platformalarda bəyan edib. Türkiyə FETÖ terror təşkilatının dünya miqyasında fəaliyyət göstərən terror şəbəkəsinə böyük zərbə endirib. Müttəfiqlərimizdən də terrora qarşı qəti mövqe gözləyirik", - deyə o vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hakan-Fidan   Türkiyə  


Bizi "telegram"da izləyin