Yeni Kaledoniyada aksiya iştirakçıları Fransa polisinin Azərbaycan bayrağını yığışdırmaq tələbini yerinə yetirməyib

2023/11/65605-1700811560.jpg
Oxunub: 932     11:35     24 Noyabr 2023    
Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində Fransa müstəmləkəçiliyinə qarşı etiraz aksiyasında Fransa polisi Azərbaycanın bayrağının qaldırılmasının qarşısını almağa cəhd göstərib.

Ordu.az xəbər verir ki, Fransız polisi aksiya iştirakçılarından Azərbaycan bayrağını yığışdırmağı tələb edib.

Lakin aksiyanın təşkilatçıları polisin tələbinə məhəl qoymayıb, bildiriblər ki, Azərbaycan onların dostudur, haqlı mübarizələrində onlara dəstək verir, odur ki, müstəqillik aksiyasında Azərbaycanın bayrağını qaldırıblar.

Nəticədə aksiyada Azərbaycan bayrağı yığışdırılmayıb.

Qeyd edək ki, Yeni Kaledoniya paytaxtında Fransaya qarşı etiraz aksiyasında ilk dəfə Azərbaycan bayrağı dalğalandırılıb.

Paytaxt Numea şəhərində Fransa kolonializminə qarşı təşkil olunmuş etiraz aksiyasında cəmi 3 bayraq qaldırılıb ki, bunlardan biri də Azərbaycan bayrağıdır. Aksiya iştirakçıları Azərbaycan bayrağını ön cərgədə daşıyıb, tribunaya sancıblar.

Bundan başqa, aksiyada BMT və Yeni Kaledoniya bayraqları da qaldırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yeni-Kaledoniya   Fransa   Azərbaycan  


Bizi "telegram"da izləyin