Ermənistanın keçmiş Baş naziri: “Basarkeçərdən ərazi verib deyirlər ki, KTMT bizi qorumur”

2023/11/Hrant-1700810441.jpg
Oxunub: 3242     15:47     24 Noyabr 2023    
“Paşinyanın 6 illik hakimiyyəti artıq başa çatmaq üzrədir və bütün bu müddət ərzində xalq bu hakimiyyətdən ancaq “üç barmaq birləşməsi” alıb”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Prezident Aparatı yaxınlığında keçirilən etiraz aksiyası zamanı keçmiş Baş nazir Hrant Baqratyan jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün Ermənistanda ən korrupsioner orqanlar yavaş-yavaş anti-korrupsiya qurumlarına çevrilir.

“Mən 7 yaşlı uşaq idim, nənəm mənə öyrətdi ki, kəsişmə iki yolun kəsişməsidir, kəsişmə xaç kimidir, xaç sözündəndir. O ki qaldı Türkiyə ilə sərhədin açılmasına, onu lütflə aça bilməyəcəklər, indiyə qədər konsepsiyanı oxumamışam. Açılış nəticəsində əks nəticə ola, Ermənistanın iqtisadiyyatı sıfıra enə bilər. Nə vaxta qədər belə davam etməlidir, Qarabağı ruslara verirlər, rusların cibinə atırlar, Basarkeçərdən ərazi verib deyirlər ki, KTMT bizi qorumur”, - deyə Baqratyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   KTMT  


Bizi "telegram"da izləyin